NAXÇIVAN :

18 Yanvar 2026, Bazar

Füzulidə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub

...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

 

Nəşr edilib : 23.07.2025 17:45