"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib...
14:14 23.11.2024
0
0
0
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkil edilməsi, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir.
Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışında səsləndirib.
Təşkilatlanma işinin əhəmiyyətini qeyd edən F.Muradov Komitənin fəaliyyətini dövlətin siyasətinə, “Yol xəritəsi”nə uyğun qurduğunu bildirib.
“Məqsədimiz birliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirməkdir”, - deyə vurğulayan Fuad Muradov bildirib ki, Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır. Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olardı.
“Azərbaycan dövləti elm və təhsilə, alimlərə kifayət qədər dəstək göstərir. Forumun təşkilində məqsədimiz dünyaşöhrətli alimlərimizlə yerli alimlərimiz arasında münasibətin, əməkdaşlığın qurulmasıdır”, - deyə o əlavə edib.
F.Muradov, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı da fikirlərini bildirib.
Digər xəbərlər