Səlahiyyətli nümayəndə Şahbuz rayonunda vətəndaşla...
18:47 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Fövqəladə Hallar Nazirliyi (FHN) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar
“Marriot Boulevard” hoteldə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd otellərdə mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, otel işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
Tədbirdə çıxış edən "Boulevard Hotel Company" MMC-nin baş meneceri Elşən Qurbanəliyev belə maarifləndirici tədbirlərin otel işçiləri üçün faydalı olduğunu vurğulayıb.
FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Regional Mərkəzin, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşlarının təqdimatında fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin nəzəri hissəsində COP29-un Azərbaycanda keçirilməsinin əlamətdar hadisə olmasından, ölkəmizin BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi hüququ qazanmasının əhəmiyyətindən, Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə aparılan işlərdən, müxtəlif maarifləndirici tədbirlərin təşkilindən danışıb.
Sonra tədbirin praktiki hissəsinə start verilib.
Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Şərti yanğın baş vermiş oteldə təxliyə planına uyğun olaraq, zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Uğurla yekunlaşan tədbirdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edilib ki, FHN tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil edilir.
Digər xəbərlər