Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında fitnes mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, həmçinin fitnes məşqçiləri iştirak edib. Görüş zamanı muxtar respublikada fəaliyyət göstərən fitnes zallarında fəaliyyətin təkmilləşdirilməsi, müvafiq tələb və standartların gözlənilməsi, eləcə də gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı söhbət aparılıb. Görüşdə vurğulanıb ki, yaxın zamanda Naxçıvanda bodibildinq yarışı təşkil olunacaq.
Görüş zamanı iştirakçıların təklif və fikirləri dinlənilib, gələcək perspektivlər haqda söhbət aparılıb.
Digər xəbərlər