AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli: "Nax...
23:11 18.01.2025
0
0
1
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı film haqqında təəssüratlarını bölüşüb: "Bu film mənə çox şey öyrətdi. Mən Naxçıvan Televiziyasının komandasına təşəkkür edirəm ki, Nəzifə xanım kimi birini bizə tanıtdı. Nəzifə xanımın keçdiyi bu həyat yolu neçə-neçə filmə sığmaz. O, canlı bir tarixdir. Nəzifə xanımın əllərindən öpür, qarşısında baş əyirəm. Məncə, Vətəni sevmək, igid olmaq, türk xanımı olmaq Nəzifə xanım olmaq deməkdir".
Digər xəbərlər