Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə da...
12:40 09.01.2025
0
0
0
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 48-ci məhəllə adlanan ərazidə su borusunda baş vermiş nasazlıq səbəbindən yaşayış kompleksinin nasosxanasına su dolması barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb edilib.
Mülki müdafiə alayının qüvvələri tərəfindən nasosxanaya dolmuş 80 ton suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Digər xəbərlər