Qəzada xəsarət alanların kimliyi məlum olub
19:30 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
Rüfət Əzim oğlu Gözəlov
(17.03.1996-27.10.2020)
Rüfətin haqqında çox xatirələr danışa bilərəm. Saatlarla. Çox mehriban, gülərüz, qayğıkeş övlad idi. Balaca vaxtından fərqlənirdi. Hərbiyə xüsusi həvəsi var idi. Orta məktəbin VII sinfində oxuyarkən sənədlərini hərbi liseyə verdi. Amma gözlərində zəiflik olduğu üçün orada oxumağa icazə vermədilər. Orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə getdi. Yaxşı xidmət edirdi. İstəyirdi ki, çox arzuladığı hərbidə qalsın. Dedi ki, üç aylıq kurs keçib xidmətə başlayacaq. Onda da mən razı olmadım. Sonra bir il səkkiz ay başqa sahədə işlədi. Zəngləşib tez-tez danışırdıq. Elə hey deyirdi ki, ana, sən qoymadın ki, mən komandir olum. Ancaq sonda öz arzusuna çatdı.
Bir gün gördüm ki, qapı döyülür. Açdım, gördüm, Rüfət. Çıxıb gəlib ki: “Ana, mən gəlmişəm, komandir olacağam”. Baxdım hələ də fikri dəyişməyib.
Sənədlərini hazırladı. Yenidən hərbiyə verdi. İşə qəbul olundu. İnanın ki, hərbiyə qəbul xəbərini eşidən kimi telefonu yerə qoyub rəqs etməyə başladı. Elə bil dünyanı ona verdilər. Mən də onun sevincinə qoşuldum.
Kursu da yaxşı başa vurdu. İşlədiyi müddətdə dəfələrlə fəxri fərmanlar aldı. Bir il dörd ay xidmət etdi.
Bazar günləri evdə olurdu. 2020-ci ilin may ayı idi. Tezdən yuxudan durub yanıma gəldi. Dedi: “Ana, yuxu görmüşəm. Görmüşəm ki, şəhid olacağam. Müjdəmi aldım”. Dedim, ay Rüfət, bu nə fikirdir ağlına gəlib? Niyə elə deyirsən? Dedi: “Ana, şəhidlikdən üstün nəsə varmı?”
Dedim, oğul, üstün də olsa, elə demə. Heç məni fikirləşmirsən?
Gülə-gülə çıxıb getdi. Sanki mənim mükafatımı vermiş kimi.
Fəxrliyəm, qürurluyam ki, balam igiddir, qəhrəmandır! Allah bütün şəhidlərimizin ruhunu şad etsin.
Digər xəbərlər