Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
"Bu gün Laçında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) tərəfindən birgə keçirilən forumda iştirak edirik. Təşkil olunan bu mühüm tədbirdə qadınların cəmiyyətin inkişafında oynadığı əvəzsiz rol bir daha diqqətə çatdırıldı. Qadınlar həm ailənin, həm də cəmiyyətin əsas dayağıdır. Onlara göstərilən dəstək, əslində, gələcəyimizə edilən ən qiymətli sərmayədir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri ilk dəfə Laçın şəhərində keçirilən İƏT Qadınlar Forumunda iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə deyib.
Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qadınların sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə onların məşğulluq imkanlarının artırılması, habelə əmək bazarında gender bərabərliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təhlillər göstərir ki, əmək bazarında qadınların rolu getdikcə artır. Onlar öz əməyi ilə ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi inkişafında dəyərli töhfələr verir.
"Panel müzakirələrdə qadınların iqlim dəyişiklikləri ilə mübarizədə, "yaşıl iqtisadiyyat"da, təhsil və texnologiya sahələrində fəal iştirakı geniş müzakirə olundu. Bu məsələlər artıq ölkəmizin sosial siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Əminik ki, bu forum gələcək üçün dəyərli nəticələr verəcək və qadınların potensialının daha dolğun reallaşmasına təkan olacaq", – deyə Fərid Bağırzadə vurğulayıb.
Digər xəbərlər