Президент Азербайджана Ильхам Алиев принял делегац...
14:43 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Azərbaycanda Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu layihələr Azərbaycanın müxtəlif regionlarını əhatə edir və minlərlə fermer bəhrəsini görür. 2023-cü ildən başlayaraq FAO təşkilatı Naxçıvan Muxtar Respublikasında da öz fəaliyyətinə start verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb. FAO-nun öz daxili resurslarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının ən prioritet sahələri üzrə ilkin araşdırma aparmaq və gələcək layihələrin konsepsiyasını hazırlamaqla bağlı kiçik araşdırma lahiyələri hazırda davam edir.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbərinin müavini Bariz Mehdiyev bildirib.
O deyib: “Həmçinin muxtar respublikada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və müxtəlifliyin qorunması ilə bağlı yeni bir layihə üzərində işləyirik. Hazırda layihənin yekun sənədi son hazırlıq mərhələsindədir. Bizim planımıza görə 2025-ci ildə artıq layihəyə start veriləcək. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikasında qorunan bütün ərazilərin idarəetmə mexanizminin, mövcud bazanın təkmilləşdirilməsi, möhkəmləndirilməsi və eləcə də qorunan ərazilər sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığının artırılmasıdır”.
“Təbii ki, biz bununla məhdudlaşmayacağıq. FAO Türkiyə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən regional layihələrdə Naxçıvan Muxtar Respublikasının pilot ərazi kimi seçilərək, burada da kənd təsərrüfatı, eləcə də qida təhlükəsizliyi, o cümlədən iqlim dəyişmələri ilə bağlı layihələrə aktiv cəlb olunması üzrə fəaliyyət göstərəcək”, – deyə Bariz Mehdiyev əlavə edib.
Nail Əsgərov
Digər xəbərlər