Sözün keşiyində bir ömür
13:02 22.07.2026
0
0
0
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan sənədlər Avropa mediası tərəfindən diqqətdə saxlanılıb.
"Şərq qapısı" xəbər verir ki, “Euronews” telekanalının saytında Azərbaycan Prezidentinin Almaniyada keçirdiyi görüşlər geniş işıqlandırılıb. Nəzərə çatdırılıb ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya, elm və texnologiya sahələrini əhatə edən bir sıra müqavilələr imzalayıblar. Qeyd olunub ki, Almaniya İtaliyadan sonra Azərbaycanla eyni müqaviləni imzalayan ikinci Avropa ölkəsidir.
Yazıda o da vurğulanıb ki, Almaniya Federal kansleri Fridrix Merts görşdən məmnun qalaraq Azərbaycandan qaz ixracının 2 milyard kubmetrə kimi artırılmasının uğurlu addım olduğunu qeyd edib. Azərbaycan Prezidenti ölkəsinin qaz ixracını artırmaq imkanına malik olduğunu vurğulayıb və bunun üçün əlavə investisiyanın zərurətini qeyd edib.
Saytda F.Merz Cənub Qaz Dəhlizini etibarlı təchizat yolu kimi dəyərləndirdiyi və Almaniyanın Azərbaycanla uzunmüddətli münasibətlər qurmaq niyyətində olduğunu bildirdiyi də xüsusi qeyd edilib.
Saytda nəzərə çatdırılıb ki, Azərbaycan artıq Avropanın qaz bazarında təmsil olunur. Avropaya ildə təxminən 12 milyard kubmetr qaz tədarük edən Azərbaycanın ən böyük alıcıları arasında İtaliya, Yunanıstan, Bolqarıstan və Macarıstan da var.
Digər xəbərlər