NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı 15:09

Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə

...

Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2025-ci il

Nəşr edilib : 24.02.2025 11:18