NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Əshabi-kəhf ziyarətgahına gedən yol təmir-bərpa olunur

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası nəzərdə tutulub.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar agentlik tərəfindən ötən ilin dekabr ayından “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolda əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlər çərçivəsində uzunluğu 13,9 kilometr olan avtomobil yolunda yol yatağı genişləndirilib və yolda yerləşən 1 körpü əsaslı şəkildə təmir olunub. Həmçinin 41056 kvadratmetr yararsız asfalt örtüyü sökülərək ərazidən daşınıb, 2896 kubmetr torpaq işləri aparılıb, əraziyə 69824 kubmetr qum-çınqıl materialı verilib, 127 kubmetr körpü təmir olunub, 2042 metr su kanalı çəkilib, 582 metr metal boru su keçidləri quraşdırılıb, 11 ədəd beton su keçidləri, 9514 metr birinci, 9029 metr isə ikinci qat asfalt və 964 kvadratmetr yol keçidləri salınıb. 
Hazırda ərazidə təmir-bərpa işləri davam edir.

Nəşr edilib : 24.09.2024 16:00