NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə razılığa gəlib

...

Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən beynəlxalq forumda bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdəki "Şirak" hava limanı da prosesə qoşulacaq.

“Türkiyə ilə çox intensiv dialoqumuz var və tədricən konkret nəticələrə gələ bilərik”, - Mirzoyan qeyd edib.

Nəşr edilib : 05.11.2025 11:04