Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıd...
15:10 18.04.2026
0
0
0
Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.
"Şərq qapısı" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.
Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.
Digər xəbərlər