NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Erkən nikah uşaq hüquqlarının pozulmasıdır mövzusunda tədbir keçirilib

...

7 fevral 2025-ci il tarixdə Babək rayon Nehrəm qəsəbəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Müştəliyev tədbir iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verdi. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova təqdimatla çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.
32 nəfərin iştirakı ilə keçirilən tədbirdə müvafiq mövzuda maarifləndirici broşürlər paylanmışdır. Daha sonra tədbir diskussiya şəklində davam etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 07.02.2025 19:29