Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edərək bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova təqdimatla çıxış edərək erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsinin bu halların gələcəkdə təkrarlanmamasına və sağlam nəslin formalaşmasına xidmət etdiyini bildirib.
Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə erkən yaşda ailə qurmağa məcbur edilən qızların təhsildən kənarda qalması və bunun onların gələcək həyatına mənfi təsirləri diqqətə çatdırılıb.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Digər xəbərlər