Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib...
20:48 03.12.2024
0
0
0
BRICS ilə əlaqələrin hərtərəfli inkişafı Türkiyənin maraqlarına cavab verir.
“Şərq qapısı” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair açıqlamasında deyib.
O, BRICS ölkələri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu bəyan edib.
Ərdoğanın sözlərinə görə, Ankara xarici siyasətində təşkilata üzv ölkələrlə əlaqələrin genişləndirilməsinə sadiqdir.
“BRICS ilə əməkdaşlıq bu gün dünyanın ən yaxşı 10 iqtisadiyyatından biri olan Türkiyə üçün böyük imkanlar vəd edir və bütün aspektlərdə onun maraqlarına cavab verir. BRICS ilə münasibətlər digər təşkilatlar çərçivəsində cari öhdəliklərimizin yerinə yetirilməsinə mane olmayacaq”, - Türkiyə lideri vurğulayıb.
Digər xəbərlər