Azərbaycan Respublikası Prezidentinin Sərəncamı...
14:29 19.05.2025
0
0
0
Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Əqli Mülkiyyət Agentliyi olub.
Agentlik informasiya sistemləri və ehtiyatlarını "AZCON Holding" şirkətlərindən olan “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə tam şəkildə yerləşdirib. “AzInTelecom” Əqli Mülkiyyət Agentliyinə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və yaxud qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Digər xəbərlər