“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktik...
17:53 19.10.2026
0
0
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 19 oktyabr tarixli “Azərbaycan energetiklərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında energetika sahəsinin inkişafında səmərəli fəaliyyət göstərən əməkdaşların da adları var.
“Şərq qapısı” qəzeti olaraq “Tərəqqi” medalı ilə təltif olunan Səlami Mütəlovla görüşüb təəssüratlarını öyrəndik.
Naxçıvan Modul Elektrik Stansiyasının rəisi Səlami Mütəlov 20 ildir, energetika sahəsində çalışır. O, əməyinə verilən yüksək qiyməti məsuliyyət və qürur hissi ilə qarşıladığını bildirib: “Təltif olunmağım mənim üçün böyük şərəf və eyni zamanda yüksək etimadın göstəricisidir. Bu mükafata görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Uzun illər ərzində gördüyüm əməyin belə qiymətləndirilməsi məni gələcək fəaliyyətimdə daha böyük əzmlə çalışmağa ruhlandırır. Əmin edirəm ki, rəhbərlik etdiyim kollektivlə birlikdə elektrik enerjisinin şəbəkəyə keyfiyyətli və dayanıqlı ötürülməsi, qarşıya qoyulan tapşırıqların icrası və stansiyanın daim saz vəziyyətdə saxlanılması istiqamətində fəaliyyətimizi bundan sonra da məsuliyyətlə davam etdirəcəyik”.
Digər xəbərlər