Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
Dünya Atletika Birliyi tərəfindən “Elite Label” kateqoriyasına daxil olan və 6-cı dəfə təşkil olunan Beynəlxalq Mərsin Marafonunda 30 ölkədən 2200-ə yaxın idmançı iştirak edib. Ümumilikdə, 2200-ə yaxın idmançının qatıldığı ənənəvi yarışda 42 km və 10 km məsafələrə qaçış, o cümlədən xalq qaçışı reallaşıb.
Naxçıvan atleti Əmrah Nağıyev ölkəmizi marafonun 10 kilometrlik yarışında təmsil edib. İdmançımız 1044 nəfərin mübarizə apardığı kişi atletlərin yarışında 19-cu olub. Əmrah finişə qədər 35 dəq 7 saniyə vaxt sərf edib.
Məlumat üçün bildirək ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin qalib və mükafatçısı olan Əmrah Nağıyev marafonların daimi iştirakçısıdır. Atlet Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonlarda iştirak edib.
Digər xəbərlər