Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il...
16:13 23.11.2024
0
0
0
Naxçıvan Dövlət Universitetində “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş qazilər üçün “Emosyalarını idarə et” adlı təlim keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib. Birliyin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, keçirilən təlimlərin əsas məqsədi müharibə ilə əlaqədar sağlamlığını itirən hərbçilərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və sosial həyatda fəal iştiraklarını təşviq etməkdir. Vurğulanıb ki, müharibə sonrası travmaların müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir. Birinci və ikinci təlim də bu istiqamətdə baş tutub. Üçüncü təlimdə də bu məqsədlə söhbət aparılacaq.
Qeyd edək ki, təlim dosent, klinik psixoloq, doktor Ayaz Seyidli tərəfindən keçirilib. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərin Vətən müharibəsində yaşadığı psixoloji travmanın nəticələrinin aradan qaldırılması istiqamətində söhbətlər aparılıb.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər