NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Emin Əmrullayev: Siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır

...

Azərbaycanda siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ümumilikdə təxminən 80 min sinif mövcuddur. Onun sözlərinə görə, 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı 600-dür. Bu isə bütün siniflərin 1 faizindən də azını təşkil edir.

“40-dan çox şagirdi olan siniflərdə 24 mindən bir qədər çox şagird təhsil alır. Bu da ümumi şagird sayının təxminən 1,5 faizidir. Yəni siniflərin 99 faizində və şagirdlərin 98,5 faizində sıxlıq 40 nəfərdən aşağıdır”, – deyə Emin Əmrullayev qeyd edib.

Nazir vurğulayıb ki, bu göstəricilər nəzərə alındıqda, şagird sıxlığı Azərbaycan təhsil sisteminin ən böyük problemi hesab edilə bilməz.

Emin Əmrullayev əlavə edib ki, mövcud olan 1 faizlik problem üzrə də yerlərdə məqsədyönlü işlər aparılır.

Azərbaycanda siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ümumilikdə təxminən 80 min sinif mövcuddur. Onun sözlərinə görə, 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı 600-dür. Bu isə bütün siniflərin 1 faizindən də azını təşkil edir.

“40-dan çox şagirdi olan siniflərdə 24 mindən bir qədər çox şagird təhsil alır. Bu da ümumi şagird sayının təxminən 1,5 faizidir. Yəni siniflərin 99 faizində və şagirdlərin 98,5 faizində sıxlıq 40 nəfərdən aşağıdır”, – deyə Emin Əmrullayev qeyd edib.

Nazir vurğulayıb ki, bu göstəricilər nəzərə alındıqda, şagird sıxlığı Azərbaycan təhsil sisteminin ən böyük problemi hesab edilə bilməz.

Emin Əmrullayev əlavə edib ki, mövcud olan 1 faizlik problem üzrə də yerlərdə məqsədyönlü işlər aparılır.

Nəşr edilib : 14.09.2026 17:15