Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sən...
13:45 26.09.2026
0
0
0
NAXÇIVAN :
26 Sentyabr 2026, Şənbə
“Sea Breeze” layihəsinin əhatə etdiyi ərazi genişmiqyaslı inkişaf imkanlarına malikdir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Sea Breeze – Azərbaycan” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Emin Ağalarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihənin ümumi ərazisinin yalnız təxminən 10-15 faizi üzrə işlər həyata keçirilib.
Qeyd olunub ki, layihənin Baş planının hazırlanması prosesində dövlət qurumları, şəhər rəhbərliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edilib. Yeni layihələrin və binaların planlaşdırılması və təsdiqi istiqamətində dövlət qurumlarından operativ dəstək alındığı bildirilib.
Emin Ağalarov diqqətə çatdırıb ki, “Sea Breeze”in beynəlxalq investisiya xəritəsində mühüm mövqeyə çıxarılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bildirilib ki, Azərbaycana səfər edən beynəlxalq investisiya fondları ölkədə yeni investisiya imkanlarını araşdırır və “Sea Breeze” də bu baxımdan diqqət çəkən layihələrdən biridir.
“Biz kvadratmetr satmaqdan daha çox, insanlara həyat tərzi və həyat keyfiyyəti təqdim etməyə çalışırıq”, - deyə Emin Ağalarov vurğulayıb.
O qeyd edib ki, layihənin konsepsiyasında yalnız daşınmaz əmlakın inkişafı deyil, insanların yaşayışı, istirahəti və səyahəti üçün müasir və rahat mühitin yaradılması əsas götürülür.
Emin Ağalarov çıxışında “Sea Breeze”in inkişafında müasir memarlıq və şəhərsalma həllərindən istifadə olunmasına da diqqət çəkib. Bildirib ki, layihənin hazırlanması prosesində beynəlxalq səviyyədə tanınmış memarlıq və dizayn şirkətləri ilə əməkdaşlıq edilir.
Onun sözlərinə görə, gələcəkdə layihədə alternativ nəqliyyat imkanlarının genişləndirilməsi, yaşıl enerjidən istifadə və ekoloji baxımdan dayanıqlı şəhər mühitinin yaradılması nəzərdə tutulur.
“Azərbaycan kimi ölkədə belə bir şəhəri sıfırdan yaratmaq mümkündür. Bunun üçün düzgün Baş plan, müasir infrastruktur və insanların özlərini rahat hiss edə biləcəyi yaşayış mühiti lazımdır”, - deyə o bildirib.
O qeyd edib ki, layihənin qarşıdakı illərdə daha geniş miqyasda inkişaf etdirilməsi üçün zəruri imkanlar mövcuddur. Onun sözlərinə görə, “Sea Breeze”in gələcək inkişafı Azərbaycanın daşınmaz əmlak, turizm və şəhərsalma sektorlarında yeni investisiya imkanlarının yaranmasına töhfə verə bilər.
Digər xəbərlər