NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Əli Əsədov Düşənbəyə işgüzar səfər edib

...

İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfər edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  Nazirlər Kabinetindən xəbər verilib.

Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.

Nəşr edilib : 04.06.2025 14:32