NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

...

Azərbaycannın Baş naziri Əli Əsədov iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda, SOCAR ilə bp arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

Nəşr edilib : 19.06.2025 16:24