NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib

...

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Nəşr edilib : 17.11.2024 21:46