NAXÇIVAN :

17 May 2025, Şənbə

Elbrus İsayevə "Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru" diplomu təqdim olunub

...

Mayın 16-da Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və universitetin nümayəndə heyəti Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən "Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktiki konfransı"nda iştirak edib. Rektor Elbrus İsayev konfransın açılış tədbirində çıxış edib. 

Dünyanın müxtəlif ölkələrindən 35 universitetin təmsil olunduğu konfransda rektor Elbrus İsayevə "Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru" diplomu təqdim olunub. 

Rektor Səmərqənd Dövlət Tibb Universitetinin elmi şurasının qərarı ilə tibb sahəsində beynəlxalq əməkdaşlıqların qurulmasında, Beynəlxalq Tibbi Forumun, Türk Dövlətlərinin Tibbi Konqresini təsis etdiyinə və uğurla rəhbərlik etdiyinə görə "Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru" diplomuna layiq görülüb. 

Qeyd edək ki, universitetin Tibb fakültəsinin 7 tələbəsi də konfransda nümayəndə heyətinin tərkibində yer alıb. Tələbələr konfrans çərçivəsində üz-üzə panellərdə çıxış edəcək.

Nəşr edilib : 16.05.2025 15:05