Naxçıvanlı rəssamlar Azərbaycan-Venesuela “Dostluq...
21:22 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
“Mayın 13-14-ü Naxçıvan Dövlət Universiteti üçün, sözün həqiqi mənasında, yaddaqalan günlərə çevirildi. Ona görə ki, universitetimizdə olan qonaqlarla Azərbaycan-Macarıstan elmi ədəbi əlaqələrinin inkişafı baxımından kifayət qədər maraqlı layihələrə dair faydalı müzakirələr apardıq”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində söyləyib.
Rektor qeyd edib ki, iki gün ərzində həm dünyaca tanınmış görkəmli macar yazıçısı, dramaturqu, Macarıstan Parlamentinin sədr müavini, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına daim töhfə verən Şandor Lejakın rəhbərliyi ilə universitetdə onun əsərlərinin təqdimatı da keçirildi. Lejakın “Yaşam naminə nəfəs” adlı əsəri macar dilindən tərcümə olunaraq Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrası tərəfindən tamaşaya qoyuldu: “Hesab edirəm ki, kifayət qədər uğurlu bir tamaşa idi. Əsər, bütövlükdə, bəşəriyyətin üzləşdiyi ciddi, ağır müharibələrin fəsadlarını aradan qaldırmağa istiqamətlənmişdi. Kifayət qədər peşəkarlıqla ifa olunan rollar bir daha tamaşaçılarda, xüsusilə də gənc tamaşaçılarda sülhün, ailə dəyərlərini nə qədər vacib olduğunu, eləcə də müasir dünyanı təhdid edən bir çox müharibə risklərinin nə qədər böyük fəlakətlər gətirdiyini bir daha tamaşaçıların diqqətinə çatdırdı. Çox xoşdur ki, bu tədbirdə və tamaşada universitetimizin qonağı TÜRKSOY-un sədri Sultan Raev də tamaşanı heyəti ilə birlikdə izləyirdi”.
“Gələcəkdə görüş Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti və TÜRKSOY əməkdaşlığına da öz töhfəsini verəcəyinə də əminik. Mən bir daha yaradıcı heyətə uğurlu tamaşa münasibəti ilə öz təşəkkürümü bildirirəm. İnanıram ki dünən və bu gün baş tutan elmi-mədəni tədbirlər Azərbaycan-Macarıstan o cümlədən Macarıstandakı Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlığa çox mühüm töhfə olacaq. Qeyd edim ki, Con fon Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı ikili diplom razılaşması da əldə olunub. Yəqin ki, biz növbəti tədris illərindən kompüter mühəndisliyi sahəsində həmin universitetlə ikili diplom proqramının icrasına başlayacağıq. Bir daha əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qonaqları Naxçıvanda görməkdən məmnunluğumuzu ifadə edirik”, – deyə Elbrus İsayev əlavə edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər