NAXÇIVAN :

02 May 2026, Şənbə

“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

...

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES - 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, “EFES - 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Nəşr edilib : 26.04.2026 21:01