NAXÇIVAN :

13 May 2026, Çərşənbə

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər

...

Mayın 13-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES-2026” çoxmillətli təlimi çərçivəsində snayperlərin peşəkarlıq və döyüş bacarıqlarını artırdıqları görüntüləri paylaşıb.

"Şərq qapısı" xəbər verir ki, təlim zamanı snayperlər atəş mövqeyi seçmək, müxtəlif məsafələrdəki hədəfləri dəqiq atəşlə vurmaq və digər tapşırıqları yerinə yetiriblər.

“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi qulluqçuların praktiki bacarıqlarını təkmilləşdirməkdir.

Nəşr edilib : 13.05.2026 16:29