Nazir: Rus bölməsində təhsilin daha üstün olması i...
14:10 30.06.2026
0
0
0
Laboratoriyalarda müayinələrdən keçən sümüklər əsasında məhkəmə-tibbi ekspertləri tərəfindən indiyədək 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində küt və çapıcı alətlərlə, güllə və qəlpə yaralanmaları ilə və.s müxtəlif həyati xəsarətlər aşkar edilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edənkən bildirib.
O deyib ki, Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq indiyə qədər Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib, 327 şəxsin qalıqları eyniləşdirilib, 226 şəhidin meyiti ailələrinə təhvil verilib.
Ədalət Həsənov, eyni zamanda, diqqətə çatdırıb ki, iyulun 1-də 3, 3-də isə 3 şəhidin meyiti ailələrinə təhvil veriləcək. “Bütün bu proseslərin icrası zamanı qurumun əməkdaşları beynəlxalq təşkilatlarla sıx əlaqələr saxlayır, çoxsaylı görüşlər keçirir və dünyanın müxtəlif bölgələrindən olan təcrübəli mütəxəssislərin təcrübəsindən yararlanırlar",- deyə o qeyd edib.
Digər xəbərlər