Türkiyənin diviziya generalı Azərbaycanın İstanbul...
00:33 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Şahmar Kəmaləddin oğlu Quliyev
(07.11.1991-28.09.2020)
Çox fəal uşaq idi Şahmar. Təhsilinə, tərbiyəsinə söz ola bilməzdi. Müəllimləri həmişə razılıq edirdilər. Bu sənəti özü seçdi. IX sinifdə oxuyanda bildirdi ki, hərbçi olmaq istəyir. Razılıq verdik. Həmin il hərbi liseyə daxil oldu. Hərbi liseyi də, akademiyanı da əla qiymətlərlə bitirdi. Təyinatını birbaşa döyüş bölgəsinə aldı. Ağcabədi, Ağdam onun ilk təyinat yerləri olub.
Mingəçevirdə bölük komandiri idi. 2020-ci ilin yay tətilində təlimdə iştirak etmişdi. Həmin təlimdə fəxri fərmanla təltif olunmuşdu. Digər mükafatlara da layiq görülmüşdü.
Tez-tez yanına gedirdik. Həmişə razılıqla danışardı. Bir gün zəng vurdu ki, mən ikinci təhsili almaq üçün xaricdə oxumaq istəyirəm. Ailəmi də aparacağam. Mən icazə vermədim.
Sentyabrın 27-də müharibə başlayan gün Mingəçevirdə idi. Ailəsi mənim yanımdaydı. 26-sı gecə zəngləşdik. Daha doğrusu, Şahmar zəng vurmuşdu. Dedi ki, ata, çox yaxşıyam. Anasını məndən soruşdu. 27 sentyabrda Suqovuşan istiqamətində döyüşdə qəhrəmanlıq göstərib. Minalı əraziləri keçiblər. Postları təmizləyiblər.
Yoldaşlarının dediyinə görə, əməliyyata 26-dan 27-nə keçən gecə başlayıblar. Postları təmizlədikdən sonra kömək istəyiblər. Həmin vaxt düşmən tərəfindən güclü atəşə tutulublar. Xəbər verilib ki, snayper var. İrəli getməyə mane olur. Snayperi tapmaq üçün özü gedir. Snayperi tapır. Məhv edir. Lakin həmin yerdə ikinci snayper də var imiş. Şahmarı snayperlə vurublar.
28 sentyabrda günortadan sonra zəng vurdular. Bildirdilər ki, Şahmar şəhid olub. Eşitdiyimə inanmaq istəmədim. Çünki Şahmar o qədər qoçaq, igid, yenilməz idi ki. Oğlum şəhidliyə ucaldı. Allah şəhidlərimizə rəhmət etsin.
Vətən sağ olsun!
Digər xəbərlər