Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində m...
14:03 22.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Dövlət başçımız Prezident cənab İlham Əliyev qlobal arenadakı nüfuzu və uzaqgörən siyasi dəst-xəti ilə təkcə ölkəmizin maraqlarının qorunmasına deyil, həm də bütün Cənubi Qafqazda və yaxın regionumuzda sabitliyin yaradılmasına xidmət edir. Ölkəmizin tam suverenliyinə qovuşması ilə yaranmış yeni geostrateji reallıq dövründə dövlət başçımızın dünya liderləri ilə təmaslarındakı xarizmatik tutumu, ölkəmizin maraqlarının qətiyyətli müdafiəçisi imici artıq dünyanın gözünü Azərbaycana yönəltmişdir.
Regional münaqişələrin böyümə təhlükəsinin artdığı və beynəlxalq siyasətdə münasibətlərin kəskinləşdiyi bir dövrdə dünyada təhlükəsizlik arxitekturasının yenidən dizayn olunması və sağlam iqtisadi əlaqələrin qurulması kimi məsələlər hazırda qarşıda duran ən ciddi problemlərdəndir. Hər gün silahlı toqquşmalardan və çətin həyat şərtlərindən məhv olan minlərlə insanı deyil, yalnız öz ölkələrinin maraqlarını güdən iri dövlətlərin siyasətçilərinin böyük oyunlarının nəticəsi olan qlobal böhran dərinləşdikcə sağlam düşüncəyə, humanitar və mədəni əlaqələrin dərinləşməsinə, dayanıqlı iqtisadi və ekoloji inkişafa aparan addımların da dəyəri hər keçən gün artmaqdadır.
Soyuq müharibə dövründən sonra ən gərgin mərhələlərindən birini yaşayan planetimizdə xalqlar arasında davamlı sülhün yaradılması, bu mənada, çətin, ancaq olduqca məsul vəzifədir. Buna görə də sözdə dünyadakı qlobal təhlükəsizliyə məsuliyyət daşıyan böyük dövlətlərin bir-birinə olan etibarının itdiyi bu dönəmdə Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün yaxın bölgəmizdə sülhün və xalqlararası etimadın yenidən bərqərar olmasına yönəlmiş mövqeyi hər kəs üçün ümid yeri olmaqdadır. Belə ki, dövlət başçımız Prezident cənab İlham Əliyev qlobal arenadakı nüfuzu və uzaqgörən siyasi dəst-xəti ilə təkcə ölkəmizin maraqlarının qorunmasına deyil, həm də bütün Cənubi Qafqazda və yaxın regionumuzda sabitliyin yaradılmasına xidmət etməkdədir. Ölkəmizin tam suverenliyinə qovuşması ilə yaranmış yeni geostrateji reallıq dövründə dövlət başçımızın dünya liderləri ilə təmaslarındakı xarizmatik tutumu, ölkəmizin maraqlarının qətiyyətli müdafiəçisi imici artıq dünyanın gözünü Azərbaycana yönəltmişdir.
Son illər Azərbaycanın uğurlarına sevinənlər qədər qısqananlar da yaxşı bilirlər ki, bir ölkədə əldə olunmuş siyasi və sosial-iqtisadi sabitliyin əsası məhz sarsılmaz dövlət-xalq-ordu birliyinin ən yüksək səviyyəsi ilə qazanılıb. Başqa sözlə, ölkəmizdən qat-qat böyük ərazisi, yaxud təbii sərvətləri və ya insan resursları olsa da, belə sabitliyə və geostrateji çəkiyə malik ola bilməyənlərlə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz məhz ölkə daxilindəki sabitlik, çoxmillətli vətəndaşlarımızın dövlət başçımızın ətrafındakı sıx birliyi ilə əldə olunmuşdur. Buna ölkəmizin dostlarının artması, dövlətimizin yeritdiyi mehriban qonşuluq siyasəti də əlavə olunduqda Azərbaycanın cazibə mərkəzi halına gəlməsinin səbəblərini açıqca görə bilirik. Qarabağın düşmən işğalından azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı böyük Zəfər isə, ümumiyyətlə, dünyada ölkəmiz haqqında təsəvvürləri tamamilə dəyişdirdiyi kimi, bütün bölgəmizdə geostrateji reallıqları da yenidən formalaşdırmaqla bir ölkənin işğal altında olan torpaqlarının gec-tez azad olunacağını dünyaya bir daha sübut etdi.
Azərbaycan tam suveren dövlətdir və dövlət başçımız da xalqın iradəsinə uyğun olaraq tam müstəqil siyasət yeridir. Bu gün ölkəmiz sahib olduğu təbii sərvətlər və iqtisadi-mədəni potensial ilə dünya birliyinin qarşısında dayanan mühüm problemlərin həllində aparıcı dövlətlər sırasına çıxıb. Davam edən Rusiya-Ukrayna müharibəsi və qarşılıqlı sanksiyalar səbəbindən dərin enerji böhranı yaşayan Avropanın enerji təhlükəsizliyinə zəmanət verilməsi, eyni zamanda qeyri-neft məhsulları ilə Rusiya bazarında payını artırması istənilən halda ölkəmizin etibarlı iqtisadi partnyor olduğunu göstərir. Ölkəmiz Orta Dəhliz üzərindəki aparıcı tranzit mövqeyi, nəqliyyat və logistika sahəsində son illərdə həyata keçirdiyi mühüm infrastruktur layihələri ilə Çindən Londona qədərki nəhəng coğrafiyada sağlam ticarət əlaqələri qurmaq istəyənlərin də gözünü çevirdiyi məkan halına gəlib. Avropa-Çin körpüsündə Rusiya və Qırmızı dəniz marşrutlarının təhlükəli hala gəlməsi ilə Orta Dəhlizin rolunun artması və Türk dövlətləri birliyinin daha da möhkəmlənməsi nəticəsində Azərbaycanın üzərinə düşən yük artmış və ölkəmiz bu situasiyanı hər kəsin qazana biləcəyi bir iqtisadi fürsət kimi dəyərləndirməyə çalışmaqdadır. Bu gün qardaş ölkələr olan Türkiyə və Özbəkistanla, həmçinin qonşu Rusiya ilə müttəfiq olan, dünyada ABŞ-nin birincilik mövqeyini əlindən almağa başlayan Çinlə strateji tərəfdaşlıq münasibətləri qurmuş Azərbaycan, bu mənada da, Cənubi Qafqazın lider ölkəsi olmağı bacarmış və konfliktlərdən əziyyət çəkən digər ölkələrin xalqları üçün sülhə qovuşmağın yolunu göstərən mayak halına gəlmişdir.
Azərbaycan gözəlliklər ölkəsidir. Böyük Vətənimizə səyahət edən hər bir kəs Bakının cazibəsinə, Qarabağın hüsnünə, Naxçıvanın tarixinə heyran qalır, Xəzərin sahillərində sağlamlığını möhkəmləndirir. Xalqımıza xas yüksək tolerantlıq mühiti və multikultural ənənələr Cənubi Qafqazın bu gözəl ölkəsinin turizm cazibəsini daha da artırır və dünyadakı hər cür fobiya xəstəliyinə tutulanlara qarşı ən uyğun mesaj verir. Otuzillik erməni işğalından xilas edilmiş Qarabağda aparılan dirçəliş və yaşıl iqtisadiyyat qurulması işləri ölkəmizin sülhməramlı işlərinin sözdə deyil, əməldə olduğunu dünyaya bəyan edir. Qarabağ və Şərqi Zəngəzuru ziyarət edən xarici ölkə başçıları, diplomat və jurnalistlər bir an öncə Azərbaycan Bayrağının dalğalandığı hər yerdəki abadlığı və yaşıllığı görür, gələcəkdə dünyada qurulacaq ağıllı yaşayış standartları haqqında indidən təsəvvür əldə edirlər. İşğal izlərinin hələ də qaldığı torpaqlarımızdakı erməni vandalizminin əyani sübutunu dünyaya nümayiş etdirən bu missiyalar digər bir tərəfdən də öz ölkələrinə Azərbaycan reallıqları barədə ən doğru məlumatları aparır, Azərbaycanı öz gözləri ilə görmək istəyənlərin canlı təbliğatçısına çevrilirlər.
Beynəlxalq müstəvidə Azərbaycana gözünü dikmiş Türk və İslam dünyası üçün ölkəmiz uzaq və yaxın keçmişin bütün sınaqlarından üzüağ çıxaraq hərb və diplomatiya sahəsində böyük təcrübə toplamış bir dövlət halına gəlib. Hələ 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatının güclənərək qlobal güc halına gəlməsi ilə Azərbaycan bu coğrafiyanın ən layiqli yaşıl ölkəsi olma imici də qazanmışdır. Belə ki, hələ işğaldan azad olunmuş Qarabağdakı məscidlərimizə ölkəmizdə yaşadılan ən ülvi və ən səmimi islami dəyərləri ilk olaraq daşıyan dövlət başçımız Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir daha bu torpaqların müharibə və qan görməməsi üçün dualar etmiş, Qarabağın yenidən inşası üçün başda Türk dünyası olmaqla bütün insanlığı həmrəy olmağa çağırmışdılar. Qarabağın otuz il əvvəlki yaşıl libasına, gül-çiçəyinə qovuşması isə təkcə ölkəmizin və Türk-İslam dünyasının rifahi üçün deyil, ekoloji böhrandan əziyyət çəkən digər xalqlar üçün də bir çıxış yolu olacaq.
Yaşıl iqtisadiyyat qurulması, “yaşıl enerji”yə keçid və ümumilikdə, yaşıl dünya naminə səfərbər olmuş Azərbaycan bu il ölkəmizdə keçiriləcək nəhəng iqlim sammiti – COP29-un təşkilatçılığı ilə dünyanın gözündə bir daha yüksələcək. Artıq hər kəs etiraf edir ki, bu gün dünya düzəninə məsul olan iri güclər sürətlə silahlanma və karbon tullantılı sənaye ilə planetin ekoloji gələcəyini təhlükə altına aldıqları halda Azərbaycan davamlı inkişaf naminə qarşıya qoyduğu hədəfləri ilə dünyanın gözünə dik baxa bilən az sayda ölkələrdən biridir.
Beləliklə, bu günün bütün reallıqlarına baxdıqda ölkəmizin inkişaf yolu, dövlət başçımız Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət dünya analitiklərinin diqqət mərkəzində, Azərbaycanla dost və müttəfiq olub birgə uğur qazanmaq istəyənlərin maraq dairəsindədir. Bununla belə qərbdən şərqə, şimaldan cənuba bütün dünyanın gözü Azərbaycanda olduğu halda işğalçı, məğlub və revanşist Ermənistanın gözü isə hələ də Azərbaycan torpaqlarındadır. Səhərlər yuxudan qalxıb eyvandan görünən Ağrı dağından gözünü çəkə bilməyən dilxor ermənilərin 44 günlük müharibədən və ötən il 19 sentyabr antiterror əməliyyatındakı başlarına gələn rüsvayçı məğlubiyyətdən sonra da yenidən silahlanıb Azərbaycan torpaqlarına göz dikmələri, az desək, ən azı xoruz dikbaşlığıdır. Fransasayağı xoruzlar kimi ortaya düşüb banlayaraq yenidən insanların səhər yuxusunu qaçırmaq istəyən ermənilər o dövrün artıq çoxdan bitdiyini, o qatarın artıq çoxdan getdiyini unutmamalıdırlar. Yeni reallıq qalib dövlət başçısının dediyinə qulaq asmaq, xəyallara qapılmadan konkret faktları düzgün qiymətləndirməkdir. Faktlar isə çoxdur: Ermənistandan fərqli olaraq Azərbaycanın dostlarının sayı artır, Çindən Avropaya gedən qatarlar artıq çoxdan Bakı-Tbilisi-Qars yolu ilə hərəkət edir, Şuşa beynəlxalq turizm mərkəzinə çevrilir, Füzulidən Avropaya təyyarələr uçur, türk dövlətləri Qarabağda məktəblər tikir, “Qarabağ” futbol komandası Avropada uğurlar qazanır, Xankəndidə oxuyacaq tələbələr isə ilk dərslərə hazırlaşırlar... Bir sözlə, bu dəfə dünyanın gözü Azərbaycandadır!
Əli CABBAROV
Digər xəbərlər