Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
Dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəyə - Xudafərin körpüsünə gəliblər.
Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.
Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət ediblər.
Digər xəbərlər