NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Dünya Qadın Seriyasının Səbail mərhələsi bu gün başa çatacaq

...

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsi bu gün başa çatacaq.

“Şərq qapısı”nın məlumatına görə, Azərbaycan millisi 1/4 finalda Rumıniyanın “Rapid” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:25-də başlayacaq.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.

Nəşr edilib : 24.08.2025 10:05