Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində ...
20:14 29.07.2026
0
0
0
Mənim üçün danışmaq çətindir. Mənə çox böyük ümidlər var idi, lakin etimadı doğrulda bilmədim. Amma mənim gələcəyim hələ qabaqdadır, ruhdan düşmək olmaz. İnanıram ki, daha çox çalışıb gələcək yarışlarda, böyük arenalarda öz sözümü deyəcəyəm.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Görüşün ikinci hissəsində taktiki səhvə yol verdiyini etiraf edən idmançı məğlubiyyətin səbəbini belə izah edib: "Məşqçi desə də, deməsə də, səhvimi başa düşdüm. Fasilədən sonra qolumu buraxdım, rəqib fənd tətbiq edib qolumu tutdu və oradan çıxa bilmədim. Məşqçinin də narazılığını anlayıram, çünki hamı məndən qızıl medal gözləyirdi. Amma həvəsdən düşməyəcəyəm. Növbəti yarışlarda bundan da yaxşı nəticələr göstərəcəyəm. Əsas odur ki, turniri medalsız başa vurmadım".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.
Digər xəbərlər