NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Dünya Bankı ilə Azərbaycanda innovativ iqtisadi artım modelləri müzakirə olunub

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı alim Ufuk Akçiğit ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi, eləcə də rəqəmsal transformasiyanın tətbiqi ilə innovativ iqtisadi artım modelləri istiqamətində geniş müzakirələr aparılıb.

Nəşr edilib : 31.10.2025 09:40