Naxçıvan Hərbi Kollecində muxtar respublikanın yüz...
19:11 26.11.2024
0
0
0
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 9DSMF) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9 % artırlaraq 1 milyard 600 milyon manata çatdırılması 2024-cü ildə qurumun gəlirlərindən 387 milyon manatın büdcə öhdəliklərindən yönəldilməsi ilə bağlıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1 %-dən 2025-ci ildə 20,8 %-ə enməsi planlaşdırılıb”, - o vurğulayıb.
Digər xəbərlər