“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin 2024...
18:47 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
Ölkəmizdə daim inkişaf edən, yenilənən sahələrdən biri də insanların özünüməşğulluğunun təmin olunmasıdır. Sosial-iqtisadi, mədəni siyasətimizin əsasını təşkil edən bu sahənin günün müasir tələbləri səviyyəsinə qaldırılması, müasir inkişaf strategiyasının qurulması əsas və prioritet amilə çevrlib. Bunun bariz ifadəsidir ki, ötən günlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş insanların eləcə də özünüməşğulluq proqramının icrasının davamı kimi səyyar kofe evləri və avtomobillərin təqdim edilməsi tədbirində iştirak edib.
Biz də həmin şəxslərlə görüşüb onların təəssüratlarını öyrəndik.
Şahbuz rayonunun Kolanı kənd sakini Samir Oruclu: “Ailəmin və yaxın dostlarımın tövsiyəsi ilə 2024-cü ilin mart ayında səyyar kofe evi ilə bağlı ƏƏSMN-nə müraciət etdim. Bu kofe evləri özünüməşğulluq proqramı üçün nəzərdə tutulmuşdur. Mənim bu sahə üzrə təcrübəmin də olduğunu nəzərə alaraq kofe aparatı ilə təmin etdilər. Müsahibimiz qeyd etdi ki, biz gənclərə dövlətimizin belə dəstək olması, həqiqətən də, təqdirəlayiqdir. Fəaliyyətə başlamağımız üçün yalnızca VÖEN açmaq tələb olunur. Şənliklərdə və festivallarda kirayə haqqı ödəmədən fəaliyyət göstərə bilərik. Elə məhz ötən günlərdə ilk olaraq “Snowfest” də kofe evinin açılışını etdik. Burada kofe ilə yanaşı, çay, sərinləşdirici içkilər, kokteyllər və sair satmaq mümkündür və biz də bu məhsulların satışını həyata keçirəcəyik. Müsahibimiz bildirdi ki, bu sahədən daha yaxşı gəlir əldə etmək üçün ən başlıca amillərdən biri də onun fəaliyyət göstərəcəyi yerdir. Biz isə avtobus dayanacaqlarında, insanların sıx olduğu mərkəz hissələrdə fəaliyyət göstərməyi nəzərdə tuturuq, bunun üçün hər hansı bir məhdudiyyət yoxdur”.
Digər müsahibimiz Naxçıvan şəhər sakini 57 yaşlı Baxşı Vəliyev deyir ki, 1990-cı ildə xüsusi təyinatlı polis dəstəsinə qoşulduqdan sonra birinci Qarabağ müharibəsində gedən döyüşlərdə də iştirak edib: – “Sonra, 1992-ci ildə Sədərək rayonunda gedən döyüşlərdə iştirak edərkən Miltəpə postu yaxınlığında baş verən partlayış nəticəsində xəsarət alaraq qazi statusu almışam.
Müsahibimiz bildirdi ki, 2-ci qrup əlillik statusu müəyyən olunduqdan sonra hərtərəfli diqqət və qayğıdan bəhrələnib. Bir neçə gün əvvəl onlara təqdim olunan avtomobillər də bunun əyani sübutudur. Bu avtomobil ailəmin rahatlığını təmin etmək üçün gözəl düşünülmüş bir təşəbbüsdür. Vətənə olan sevgisini heç bir hisslə müqayisə edə bilmədiyini dilə gətirən Baxşı Vəliyev deyir: – Mən bir Azərbaycan vətəndaşı olaraq hər zaman torpağım uğrunda canımdan keçməyə hazıram. Çünki Vətən sevgisi hər şeydən öndə dayanır. Biz dövlətimizin himayəsindəyik və bizim sosial rifahımızın yaxşılaşması istiqamətində bu cür layihələr həyata keçirilir. Bu yüksək diqqət və qayğı üçün minnətdarıq.
Müsahiblərimizin təəssüratlarından da aydın olur ki, əhalinin ayrı-ayrı qruplarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər dövlətimizin əsas prioritetidir. Belə tədbirlər onların sosial rifahlarının yaxşılaşdırılmasına hədəflənib.
Bülbül QULİYEVA
Digər xəbərlər