NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Dövlətimiz və xalqımız var olsun

...

Şərur rayonunun Yengicə kəndindəki seçki məntəqəsində Vətən müharibəsi qazisi Siyavuş Həsənovla həmsöhbət oluruq. O bildirdi ki, sevindirici haldır ki, 30 ildən sonra Şuşa, Laçın və digər rayonlarımız işğaldan azad edildi. Xoşbəxt insanlarıq ki, Qarabağımıza həyatın qayıtmasında payımız oldu.  Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra zəfər seçkisində hamılıqla iştirak edib qalib xalqın Müzəffər Sərkərdəsinə səs verdik. Ötən il həm də parlament seçkilərində millət vəkillərinə xalqın etimadı göstərildi. Bu gün isə bələdiyyə seçkiləri üçün sandıq başındayıq.  Dövlətimiz və xalqımız var olsun.

Nəşr edilib : 29.01.2025 12:36