NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

“Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir

...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
"Dövlət Proqramı"na uyğun olaraq yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmləri, eyni zamanda ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün avadanlıq alınıb.
Qeyd edək ki, qazma genişliyi 2 metrdən, qazma dərinliyi isə 1,5 metrdən çox olan  bu maşın-mexanizmi vasitəsilə diametri 30 santimetr və daha çox olan ağacları müxtəlif ərazilərə köçürmək mümkün olacaqdır. Nəticədə, köçürülən ağaclar isə təbii mühitdən ayrılmadığından quruma təhlükəsi aradan qaldırılacaq.

Nəşr edilib : 21.10.2024 15:16