Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
27 Dekabr 2024, Cümə
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
"Şərq qapısı" xəbər verir ki, "Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib. Belə ki, Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzi üçün nəqliyyat vasitələri, kompüter, UPS, təhlükəsizlik sistemləri, planşet, plotter, printer, portativ GPS, yüksək dəqiqlikli torpoqrafik işlər üçün geoloji GPS, geoloji GPS CHTN AV, elektron su səviyyəsini ölçən cihaz, buruqqazma qurğusu, HQ qazma boruları, plasmast boru qazma baltası, qazma ucluğu HQ, karotier PQ və karotier HQ avadanlıqları alınıb.
Həmin avadanlıqların alınması mərkəzin maddi-texniki bazasını gücləndirəcəkdir. Eyni zamanda qazma qurğularının operativ daşınmasına, radiasiyanın öyrənilməsinə, buruq qazma işlərində yüksək faizli kern çıxışının təmin edilməsinə, mineral bulaqların, xəndəklərin, quyu ağızlarının dəqiq koordinatlarının vurulmasına kömək edəcəkdir. Həmçinin avadanlıqların alınması ilə geoloji xəritələrin, cizgi materiallarının çap olunması, layihələrin, hesabatların və cari sənədlərin tərtibatında işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə nail olunacaqdır.
Digər xəbərlər