Bakı şəhərində "Nuhun izi ilə" sənədli filminin tə...
17:37 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Son illərdə ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi qəbul edilib və bu istiqamətdə atılan bütün təşəbbüslər dövlət tərəfindən dəstəklənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda həyata keçirilməsi nəzərdə tutulmuş mühüm məsələlərdən biri də dövlət qulluğuna qəbul və inzibati dövlət qulluğu vəzifələrinin tutulmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsidir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşı Mahir Abbasov “Şərq qapısı” qəzetinə müsahibəsi zamanı bildirib ki, Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib.
Dövlət Proqramının əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Müsahibimiz deyir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran əsas məqsəd beynəlxalq təcrübədə təsdiqini tapmış ən yaxşı təcrübələrin tətbiqi ilə əldə olunan iqtisadi və sosial nailiyyətlərin səmərəsinin artırılmasıdır. Bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb və əsas hədəf göstəriciləri dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında prioritet istiqamət olaraq iki istiqamət – “insan kapitalının inkişafı” və “institusional inkişaf” icraçı qurum kimi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
Tədbirlər Planına uyğun insan kapitalının inkişafı üzrə – dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün ilkin nəticə olaraq dövlət qulluqçularının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi üçün təlim modullarının hazırlanması, aralıq nəticə olaraq müvafiq dövlət orqanlarında (qurumlarında) dövlət qulluqçularının təlimlərə cəlb edilməsi və yekun nəticə olaraq dövlət orqanlarında (qurumlarında) qulluq keçən dövlət qulluqçularının bilik, bacarıq və səriştələrinin artmasıdır.
İnstitusional inkişaf üzrə – dövlət qulluğuna qəbul və inzibati dövlət qulluğu vəzifələrinin tutulmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün ilkin nəticə olaraq qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması və təsdiq edilməsi, aralıq nəticə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə vahid yanaşmanın və yekun nəticə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə vahid yanaşmanın tətbiq edilməsidir.
Müsahibimizin sözlərinə görə, mərkəzin müvafiq istiqamətdə əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi, dövlət qulluğunda maarifləndirmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlıdır.
Dövlət Proqramı dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.
Mahir Abbasov dedi ki, Dövlət Proqramına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən Tədbirlər Planının 8.9.8 və 8.10.12-ci bəndlərinin icrası ilə bağlı insan kapitalının inkişafı və institusional inkişaf ilə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilib. Həmçinin “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sahəsində təlimlər”, “Dövlət qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatlar edilib.
Təlimdə mərkəzin əməkdaşları tərəfindən iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, “Dövlət Qulluğu – Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları, dövlət qulluğu sahəsində təlimlər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib. Təlimlərdə muxtar respublika üzrə 1000-ə yaxın dövlət qulluqçusu iştirak edib.
Nəticə olaraq təlimdə iştirak edən dövlət qulluqçularına qiymətləndirmə üçün kağız daşıyıcı vasitəsilə anket formasında sorğu xarakterli təlimlərlə bağlı suallar təqdim olunub. Dövlət qulluqçuları sorğu formasını doldurduqdan sonra elektron formada reyestr məlumatları bölməsində şəxsi kabinetlərinə sertifikatlar yerləşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində görülmüş işlər muxtar respublikanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradır.
Bülbül Quliyeva
Digər xəbərlər