NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

...

Qırx dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 148 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

"Şərq qapısı" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 16-sı inzibati vəzifələrin dördüncü təsnifatına, 83-ü beşinci təsnifatına, 14-ü altıncı təsnifatına və 35-i yeddinci təsnifatına aiddir.

Daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (63 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 12-si Naxçıvan Muxtar Respublikasının 8 dövlət orqanı, 28-i isə 15 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 8-i saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Nəşr edilib : 24.06.2025 16:24