NAXÇIVAN :

29 May 2026, Cümə

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 nəfəri münasib iş yerləri ilə təmin edib.
"Şərq qapısı" xəbər verir ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kursları da təşkil olunur.
Bu il Agentlik əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edib. Kursları uğurla başa vuranların işlə təminatına da dəstək göstərilib.

Nəşr edilib : 29.05.2026 12:22