NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

...

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında bildirilib.

Məlumat verilib ki, itkin düşən şəxslərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Onların 3 698-i kişi, 285-i qadındır. 3977 nəfər Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən Müharibəsində itkin düşüb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətlənməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirib.

Nəşr edilib : 10.03.2025 10:09