NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Dırnıs kəndində Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

...

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 2-də Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalmış Nəcəfov Vüqar Aydın oğlunun anım günü keçirilib. Dırnıs kəndində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, həmçinin, icra hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis Şöbəsinin, Səfərbərlik Xidmətinin, Gömrük Komitəsinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, kənd icra nümayəndəsi və bələdiyyə sədri, Dırnıs kəndində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin yaxınları və kənd ictimaiyyəti iştirak edib.   
Çıxışlarda şəhidin həyatı və döyüş yolu barədə məlumat verilib. Həmçinin Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən, qazanılmış tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edilib. Azərbaycan xalqının iradəsi və qəhrəmanlarının şücaəti hesabına əldə olunmuş qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr haqqında məlumat verilib. Dövlətimizin şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısının hər zaman ön planda olduğu vurğulanıb.     
Dırnıs kənd tam orta məktəbin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.  
 Şəhidin yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edilməsinə görə minnətdarlıq ediblər.

Nəşr edilib : 02.10.2024 20:23