Uzunömürlü Rəhimovlar ailəsinin gənclərlə görüşü t...
15:11 26.12.2024
0
0
0
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müsabiqə yolu ilə şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün elan olunmuş sənəd qəbulunun vaxtı iki gün uzadılıb.
Proses 28 avqust 2024-cü il tarixinədək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək rayon (şəhər) Təhsil Şöbələrinə təqdim etməlidirlər.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Şagird sayı 500-dən artıq və Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə qəbul isə analoji olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən qaydalara uyğun aparılacaq.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Digər xəbərlər