Türkiyə və İranın XİN başçıları arasında telefonla...
16:52 16.09.2026
0
0
0
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 16-da Rusiya Müsəmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb.
Dövlət Komitəsindən bildirilib ki, görüşdə dini-mənəvi sahədə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti, inkişaf perspektivləri və dini təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir dövrün çağırışları fonunda islamofobiya və dini ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizədə qlobal əməkdaşlığın, həmçinin birgə səylərin vacibliyi vurğulanıb.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın mədəni müxtəlifliyin qorunması və dinlərarası sülhün təşviqi sahəsində həyata keçirdiyi konseptual yanaşmanın əsas xüsusiyyətlərini diqqətə çatdırıb.
Dəmir Muxetdinov Prezident İlham Əliyevin İslam həmrəyliyinin və konfessiyalararası harmoniyanın davamlılığının təmin olunması istiqamətində fəaliyyətinin müstəsna əhəmiyyətini qeyd edib. Rusiyanın dini-mənəvi müstəvidə Azərbaycanla sıx əməkdaşlıq etdiyini vurğulayan qonaq, bu əlaqələrin strateji xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.
Digər xəbərlər