NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

...

Yanvarın 13-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Şərq qapısı" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Nəşr edilib : 14.01.2025 10:07